Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Araz"ın 4 futzalçısına viza verilmədi

Tarix: 9 Oktyabr 2019 10:12

Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edəcək “Araz” bu gün ilk oyununu keçirəcək.

Qol.az xəbər verir ki, təmsilçimiz Belçika çempionu “Halle Gooik”lə üz-üzə gələcək.
 
Joze Alesionun çalışdırdığı komandamız oyuna itkilərlə çıxacaq. Hadi Ahmadi, Hadi Rezvan, Vahid Şəfiei və Amir Şocaye viza ala bilmədiklərinə görə, Belçikaya səfər edə bilməyib. Buna görə də "Araz" 8 futzalçı ilə mübarizə aparmalı olacaq.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə 22:30-da başlayacaq.
 


Etiketlər:  Arazın 4 futzalçısına viza verilmədi


RƏYLƏR