Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fransa səfirliyi ÇL-ə gedən idmançılarımıza niyə viza vermədi? - Axundovdan açıqlama

Fransa səfirliyi ÇL-ə gedən idmançılarımıza niyə viza vermədi? -  Axundovdan açıqlama

Tarix: 9 Oktyabr 2019 10:56

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov “Araz” klubunun 4 futzalçısının Belçikaya yollana bilməməsinin səbəblərini açıqlayıb.

Qol.az xəbər verir ki, o, “Qafqazinfo”ya açıqlamasında çətin vəziyyətdə qaldıqlarını bildirib.

Axundov Fransa səfirliyinə futzalçıların vizası üçün vaxtında müraciət edildiyini deyib: “Onları Belçikaya sənədlərin gecikməsini səbəb göstərib buraxmadılar. Əslində isə biz sentyabrın 23-də bütün sənədləri təhvil vermişdik. Lakin vaxtında bizə xəbər vermədilər. Fransa səfirliyi viza vermədi. Əgər vaxtında xəbər etsəydilər, alternativ yollar axtarardıq. İndi bura cəmi 7 futzalçı ilə gəlmişik. Necə olacağını da bilmirik”.

Federasiya prezidenti viza verilməyən 4 komanda üzvünün iranlı olmasına görə bu problemlə üzləşmək ehtimalının olmadığının sözlərinə əlavə edib: “Düşünmürəm ki, sırf iranlı olduqlarına görə belə problemlə üz-üzə qalıblar. Dünyada keçirilən yarışlarda saysız-hesabsız iran idmançıları çıxış edir. Onlar necə viza alıb gedirlər?”.

Axundov deyib ki, məsələ ilə bağlı UEFA-ya şikayət ediləcək: “Biz Belçikada yarışa qatılacağımızla bağlı UEFA-dan məktub da alıb səfirliyə təqdim etmişdik. Lakin o da kömək olmadı. Yəqin ki, qitə futbol qurumuna bununla bağlı şikayətlərimiz olacaq. AFFA-da öz narazılığını rəsmi şəkildə onlara çatdıracaq”.

Qeyd edək ki, “Araz” futzal üzrə UEFA Çempionlar Liqasında çıxış etmək üçün Belçikaya yollanıb.

 


Etiketlər:  Fransa səfirliyi ÇL ə gedən idmançılarımıza niyə viza vermədi Axundovdan açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ