Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2022 05:44
Hindistanın Heydarabad ştatından olan tibb fakültəsinin tələbəsi atasının pulunu qaytarmaq üçün böyrəyini satmağa çalışıb və daha böyük məbləğdə itki verib.
Sonxeber.net bildirir ki, bu barədə "Times of India" məlumat yayıb.
Andhra Pradeş ştatının Quntur şəhərindən olan qız polisə gedərək atasının bank hesabından çıxardığı 200 min rupini (2 400 dollar) geri qaytarmaq üçün böyrəyini satmaq qərarına gəldiyini bildirib. O, orqanı satışa çıxaranda sosial media vasitəsilə müəyyən Pravin Radj onunla əlaqə saxlayıb. Kişi 30 milyon rupiyə (357 800 dollar) böyrək almağa hazır olduğunu bildirib.
Əməliyyatdan əvvəl Radj hindistanlı qadına əvvəlcədən yarısını ödəyəcəyinə söz verib, lakin bunun üçün o, ona 1,6 milyon rupi (19 500 dollar) köçürməli idi, kişi isə bu pulla vergiləri və polis yoxlamasını ödəməli idi. Qalan pulları tələbə əməliyyatdan sonra almalı idi.
Razılaşdırılmış məbləği ödədikdən sonra qız vəd etdiyi pulu tələb edib. Fırıldaqçılar bildiriblər ki, onları Delidə əldə etmək olar. Qız şəhərə gəlib, ancaq göstərilən ünvanda heç nə olmayıb.
Hindistanlı qızın atası bildirib ki, o, əvvəllər övladına bank kartlarından birini verib və noyabrda onun hesabından pul çıxardığını öyrənib. Qızından evə qayıtmasını xahiş edəndə o, Heydarabaddakı yataqxanasını tərk edib. Daha sonra polis onu Andhra Pradeş ştatının Caqqayapeta şəhərindəki dostunun evində tapıb.
İrfan Vəliyev