Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Neymar döyməsinin silinməsi üçün 30 min göndərdi

Neymar döyməsinin silinməsi üçün 30 min göndərdi

Tarix: 17 Dekabr 2022 13:56

Braziliya millisinin hücumçusu Neymar komanda yoldaşı Rişarlisondan döyməsini silməsini istəyib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Star" xəbər verir.

Bundan əvvəl Rişarlison Qətərdə keçirilən dünya çempionatında iştirak şərəfinə əfsanəvi braziliyalı hücumçu Ronaldo və Neymarın tatuajını etdirib.

Çox güman ki, Neymar komanda yoldaşının belə hərəkətini təqdir etməyib və kürəyindəki görüntünü sildirməsi üçün "Tottenhem"in hücumçusuna 30 min avro göndərib.

25 yaşlı Rişarlison karyerasının ilk dünya çempionatında iştirak edib və Braziliyanın turnirdə vurduğu 8 qoldan üçünü vuraraq komandanın bombardiri olub. Braziliya Xorvatiya ilə ¼ final oyununda penaltilər seriyasında məğlub olaraq dünya çempionatı ilə vidalaşıb.

Milli.Az


Etiketlər:  Neymar döyməsinin silinməsi üçün 30 min göndərdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ