Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səmadan naməlum obyektin qalıqları düşdü - VİDEO

Səmadan naməlum obyektin qalıqları düşdü - VİDEO

Tarix: 17 Dekabr 2022 16:04

İnternetdə Rusiyada, Volqoqrad vilayətində naməlum obyektin qalıqlarının düşməsi yerindən video peyda olub.

Milli.Az bildirir ki, kadrlar yerli v1.ru nəşri tərəfindən paylaşılıb.

Kadrlardan görünür ki, göydən naməlum obyektin fraqmentləri düşüb - bu anda təyyarə turbininin işinə bənzər səslər eşidilib. Daha sonra videoda naməlum obyektin dağıntılarının düşməsinin nəticələri göstərilib. "Ağacları aşırıb" deyən kişi fövqəladə hadisə yerindəki lövhələri göstərib. Bundan əlavə, videoda kiçik dəmir parçaları görünüb.

Volqoqrad vilayətinin Yelanski rayonunda naməlum dağıntıların düşməsi cümə günü, dekabrın 16-da məlum olub. Düşdüyü yer mühasirəyə alınıb, ora Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib. Fövqəladə Hallar Xidmətindən bildirilib ki, xəsarət alan olmayıb, hazırda hadisənin başvermə şəraiti araşdırılır.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Səmadan naməlum obyektin qalıqları düşdü VİDEO


RƏYLƏR