Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Mən onun ecazkar görünməsindən çox məmnunam..."

Tarix: 17 Dekabr 2022 18:44

Stilisti hesab edir ki, İsrailə köçməsi Alla Puqaçova üçün düşərli olub...

Son aylar Rusiya KİV-ləri müğənnini və həyat yoldaşını təqib edib. Ton dəyişilib?

Bir çox aylar ərzində Rusiya mətbuatı Alla Puqaçovanın İsraildə vəziyyətinin az qala dəhşətli olduğunu yazıb. 

Son günlər qəflətən yazıların tonu dəyişilib və bəyan edilir ki, İsrailə köçməsi Primadonna üçün düşərli olub. Üstəlik, o, çox qəşəng görünməyə başlayıb.

Milli.Az moderator.az-a istinadən xəbər verir ki, bu barədə "Moskovskiy  komsomolets" nəşrinə müsahibəsində Alla Puqaşova ilə işləmiş və onu yaxşı tanıyan və özünün ilham pərisi hesab edən stilisti Sergey Zverev bəyan edib.

"Mən onun necə ecazkar görünməsindən çox məmnunam. Həm də qeyd etmişəm ki, onun əhval-ruhiyyəsi çox yaxşıdır", - o, deyib.

"Alla Puqaçovanın belə ecazkar görkəmi nə ilə bağlıdır?" sualına cavabında stilst deyib ki, "burada bir neçə amil rol oynayıb: iqlim, ərzaq, həkimlər". "Nəticədə Alla ecazkar görünməyə başlayıb", - o, izah edib.

Xatırladaq ki, Alla Borisovna bu yaxınlarda sosial şəbəkələrdə onun ailəsinə qarşı "sifarişli təqib"lər sərgiləyənlərə qarşı post yazıb.

O, evinin pəncərəsindən çəkilən fotonu paylaşıb. "Bu, mənim pəncərəmdən açılan mənzərədir. Vəd edilən torpaq üzərində dekabr səması. Səmaya baxıb deyirəm:

"Aman Allah! Bu aciz, rəzil, riyakar və yalançı varlıqları bağışla, onlar nə etdiklərinin fərqində deyillər. Vəssalam. Hamiya salam!", - o, belə yazıb.

Bundan öncə Rusiya KİV-ləri məlumat verib ki, hakimiyyət Puqaçovanın mahnılarını qadağan edir, Yeni il axşamında onun musiqisi səslənən "Taleyin istehzası" filmi göstərilməyə bilər.

Milli.Az


Etiketlər:  Mən onun ecazkar görünməsindən çox məmnunam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ