Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2022 19:18
Yunanıstanın baş naziri Kiryakos Mitsotakisin "Türkiyəyə F-16 satmayın" açıqlaması ilə başlayan gərginlikdən sonra ABŞ Nümayəndələr Palatasında F-16-ların Türkiyəyə satışının məhdudlaşdırıcı şərtləri aradan qaldırılıb. Bu, Yunanıstanda təlaş yaradıb.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, Türkiyə, Yunanıstan və ABŞ üçbucağında F-16 böhranı yeni ölçülərə keçib.
ABŞ F-16-ların Türkiyəyə satışı ilə bağlı məhdudlaşdırıcı müddəaları aradan qaldırdıqdan sonra Yunanıstan vəziyyətin qarşısını almaq üçün addımlar atmağa çalışıb.
Vaşinqton və Ankara arasında F16-lar üçün texniki danışıqlar başa çatıb, lakin Yunan lobbisi F-16 satışını əngəlləməkdə israrlıdır.
Türklərin düşməni kimi tanınan konqresmen Bob Menendez qalmaqallı sözlərlə satışın qarşısını almağa çalışacağını vurğulayıb. Yunan mətbuatı bəyan edib ki, "Beynəlxalq satışlarla bağlı son söz Konqresdədir və Senatın Xarici Əlaqələr Komitəsinin sədri senator Menendez belə bir inkişafın qarşısını almaq niyyətini dəfələrlə ifadə edib".