Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Real''ın formasına qarşı allergiyam var'' - Pike

''Real''ın formasına qarşı allergiyam var'' -  Pike

Tarix: 9 Oktyabr 2019 12:48

"Məni fitə bassalar, daha yaxşı oynayaram. Tənqid olunanda inkişaf edirəm. Milli komandada məni fitə basmışdılar. Amma bu, yığmadakı ən yaxşı ilim idi".

Qol.az xəbər verir ki, bu sözləri İspaniya millisi və "Barselona"nın üzvü Jerar Pike "Sport.es"ə açıqlamasında deyib.

Təcrübəli müdafiəəçi əzəli rəqibləri "Real" haqda da danışıb. O, uşaqlıqdan indiyədək heç vaxt Madrid klubunun formasının geyinmədiyini, bu formaya qarşı allergiyasının olduğunu bildirib: "Məncə, nə vaxtsa "Real" futbolçuları ilə forma dəyişdirmişəm, ancaq heç vaxt o formanı geyinməmişəm. "Real"ın formasına qarşı allergiyam var".

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Pike 2008-ci ildən Kataloniya klubunda çıxış edir.
 


Etiketlər:  Realın formasına qarşı allergiyam Pike


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ