Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2022 11:21
Arıqlamaq üçün müxtəlif vasitələr, qidalar, pəhriz proqramları var. Bütün bunlarla yanaşı bitkilər də sizə bu yolda kömək edə bilər. Bəs siz hansı bitkilərin çəki atmağa yardımçı olduğunu bilirsinizmi?
Sonxeber.net Axşam.az-a istinadən arıqlamağa kömək edən bitkilərin siyahısını təqdim edir:
1) Yaşıl çay
Yaşıl çaydan müntəzəm istifadə bədəndən toksinləri atmağa yardımçı olur. Bu çay həm də mədə-bağırsağın fəaliyyətini sürətləndirərək çəki yaranmasının qarşısını alır.
Bunun üçün 4 çay qaşığı nanə, 2 çay qaşığı gicitkən, 2 çay qaşığı kəklikotu, 4 çay qaşığı yaşıl çayı 1 litr suda dəmləyib içərək nəticə əldə edə bilərsiniz.
2) Darçın
Darçın bədəndə artıq çəki yaradan yağları yandırır, qan şəkərini tənzimləyir, iştahını azaldır, toxluq hissi yaradır və maddələr mübadiləsini aktivləşdirir. Süd və ya qatığa əlavə edərək istehlak edə bilərsiniz.
3) Cəfəri
Cəfəri güclü antioksidantdır. Bu səbəbdən səhər yeməyinizdə mütləq bu göyərtidən yeyin. Cəfəri ödəmi aradan qaldırır və piylərin yandırılmasını sürətləndirir.
4) Zəncəfil
Həzmi yaxşılaşdıran, bağırsağın fəaliyyətini dəstəkləyən, maddələr mübadiləsini aktivləşdirən zəncəfil həm də sidikqovucu özəlliyi ilə bədəndəki toksin və artıq çəkiyə səbəb olan yağ və zülalları xaric edir.
5) Nanə
Arıqlatmaqla yanaşı, təravətli dadı və qoxusu ilə sizə enerji verən təzə nanəni salatlarınıza, içməli suya, qatığa əlavə edərək istehlak edə bilərsiniz. Bu bitki sizi tox tutaraq həzm sisteminizi də tənzimləyəcəkdir.