Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nəyə görə istidə buzlu su yox, çay içməliyik? - Endokrinoloq açıqladı

Nəyə görə istidə buzlu su yox, çay içməliyik? - Endokrinoloq açıqladı

Tarix: 18 Dekabr 2022 21:36

İsti havalarda, soyuq, buzlu su, limonad əvəzinə isti çay için.
Medicina.az xəbər verir ki, endokrinoloq Yurgita Varayeva istilənmiş orqanizmi soyutmaq üçün soyuq bir şeylər qəbul etməyin düzgün yanaşma olmadığını bildirib.

"Dondurma, smuzi, limonadların giya bizi sərinlətməsi aldadıcıdır.

Əslində bədəndə başqa proseslər gedir. İsti havada soyuq su və yemək nəinki vəziyyəti düzəldir, əksinə orqanizmə zərər vurur.
"Bədənin daxilində qəfil və kəskin hərarət dəyişməsi orqanizmi aldadır və onu istiliyi əksinə, tutub yığıb saxlamağa kökləyir.

Məsələn, bu zaman dəri ilə tərləmə dayanır. Belə qısamüddətli soyuma prosesindən sonra orqanizm istiliyə ikiqat güclü reaksiya verir. İsti daha dözülməz olur.

İsti havada kifayət qədər adi su, maye qəbulu mütləqdir.

Əgər susasımızsa, isti çay için. Amma bu qəhvə olmamalıdır. Maraqlıdır ki, istidə çay içdikdən sonra insan istiyə daha dözümlü olur. Çünki isti içki və qida termobalansı tənzimləyir.

Yayda vacib məqam su-duz balansını qorumaqdır.
Soyuq qidalar isə doğramac ola bilər".


Etiketlər:  Nəyə görə istidə buzlu çay içməliyik Endokrinoloq açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ