Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2022 23:50
Xankəndi yolunda keçirilən aksiyada sülhməramlıların mövqeyində dəyişikliklər müşahidə edilir: ilk gündən indiyə qədər etirazçılarla üzbəüz dayanan sülhməramlılar indi aksiyanın keçirildiyi ərazidən təxminən 30 metrə qədər uzaqlaşıb;
Belə bir addımı niyə atdıqları anlaşılmır. Və bunun aksiyanın qarşısını ala bilməyən Rusiyanın mümkün təxribatına hesablandığı versiyası ön plana çıxır.
Bundan öncə də qeyd etmişdik: sülhməramlılar aksiyaya birbaşa müdaxilə edə bilməzlər, lakin Qarabağda xüsusi hazırlanmış "mülki erməni" qruplarının əraziyə gəlməsi və mümkün qarşıdurmanın yaranması halında "etnik toqquşma" bəhanəsi ilə hərəkətə keçəcəklər;
Mümkündür ki, aksiya ərazisi ilə öz mövqeləri arasında yaratdıqları "neytral zona"ya təxribatçı erməni qruplarının girişinə şərait yarada, azərbaycanlı-erməni toqquşmasını hazırlaya və müdaxilə üçün əsas əldə edə bilərlər.
Sülhməramlıların "geri çəkilməsi"nin səbəblərindən biri də "yolu azərbaycanlılar bağlayıb" görüntüsünün yaradılmasına hesablana bilər. (publika)