Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Oktyabr 2019 15:12
“Qarabağ”ın zədəli futbolçusu Xayme Romero yaxın günlərdə komandaya qoşulacaq.
Bu barədə Qol.az-a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. O, İspaniyada müalicəsini davam etdirən 29 yaşlı yarımmüdafiəçinin fərdi məşqlərə başladığını və yaxın 4-5 gün ərzində komandanın düşərgəsinə qatılacağının ehtimal olunduğunu deyib.
Zaqrebdə bərpa prosesi keçən “Qarabağ”ın digər zədəli futbolçusu Filip Ozobiçin isə durumuna oktyabrın 14-15-i aydınlıq gələcək.
Xatırladaq ki, Premyer Liqanın V turunun "Zirə" ilə oyununda (3:1) Romeronun çiyni çıxıb. Ozobiç isə Çempionlar Liqasının “Dundalk”a qarşı Bakıda keçirilən cavab oyununda (3:0)zədələnərək meydanı tərk etmişdi. Xorvatiyalı yarımmüdafiəçinin dizətrafında sümük qırığı aşkarlanmışdı.