Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2022 23:36
Daha bir İran yük maşını Qafan-Gorus yolunda qəzaya uğrayıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında, Gorus yaxınlığında, Şinuayrda baş verib.
60 yaşlı İran vətəndaşı M.M.-in idarə etdiyi HOVO markalı yük maşını yoldan çıxaraq, elektrik dirəyinə çırpılıb. Sürücü yük maşınının kabinəsində sıxılmış vəziyyətdə qalıb və çıxa bilməyib. Xilasedicilər onu çıxararaq, xəstəxanaya yerləşdiriblər.
Qeyd edək ki, Qafan-Gorus yolunun 21 kilometri Azərbaycan ərazisindən keçir. Azərbaycan bu yolda öz suverenliyini bərpa etdikdən və yolda gömrük-sərhəd postları qurduqdan sonra İran maşınları gömrük rüsumu verməmək (və yaxud daşıdıqları yükün gizliliyini təmin etmək) üçün Tatev yolundan istifadə etməyə çalışırlar. Bu yol isə ensizdir, sərt döngələrdən ibarətdir və keyfiyyətsizdir. Bu yol xüsusilə yük maşınları üçün alverişsizdir, həmçinin məsafəni bir neçə dəfə uzatmış olur.
Tatev yoluna üz tutan İran yük maşınlarının bir çoxu Gorusa çata bilmir, birdəfəlik sıradan çıxır.