Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Oktyabr 2019 16:24
Bakı. Orxan Nəbiyev - Trend:
İtaliyanın “Alitalia” aviaşirkəti işçilərin tətili ilə əlaqədar bu günə nəzərdə tutulan 198 reysi təxirə salıb.
Trend-in məlumatına görə, tətilə səbəb əməkdaşların aviaşirkətin planlaşdırılan restrukturizasiyasına etiraz etmələridir.
Qeyd olunur ki, tətil nəticəsində sərnişinlərin 30 faizi zərər çəkə bilər.
Tətil gün ərzində davam edəcək.
“Alitalia” aviaşirkəti təkrar strukturlaşdırılacağı təqdirdə 2 800 əməkdaş işdən azad edilə bilər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin