Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qadın rejissorlarla işləməkdən zövq alıram''

''Qadın rejissorlarla işləməkdən zövq alıram''

Tarix: 21 Dekabr 2022 14:28

Amerikalı aktrisa Cennifer Lourens qadın rejissorları sevdiyini etiraf edib və kişiləri çəkiliş meydançasında emosional olmaqda günahlandırıb.

Sonxeber.net bildirir ki, bu barədə "ScreenRant" məlumat verib.

Aktrisanın sözlərinə görə, qadınların çəkdiyi filmlərin çəkiliş meydançasında toksik ab-havası yoxdur. Lourens qeyd edib ki, kişi rejissorlar isə çəkiliş meydançasında qəzəb və qıcıqlanmağa meyllidirlər.

""Qadınlar çox emosional olduqları üçün bu rolu (rejissor rolunu) üzərinə götürməməlidirlər" demək mənə gülməli gəlir. Bax, mən (rejissor) Brayan Singer ilə işləmişəm. Mən emosional kişilər gördüm. Onların çəkiliş meydançasında isterikalarını gördüm", - aktrisa deyib.

Lourens qadın rejissorlarla iş təcrübəsindən də danışıb. "Qadınların çəkdiyi filmlər üzərində işləmək maraqlı idi. Bir vaxtlar qadın rejissorumuz var idi (Layla Noygebauer). İş qrafikinə sadiq qalmaq vacibdi. Ancaq (bunun üstündə) heç bir böyük mübahisəmiz olmadı. Əgər aktyorun şəxsi işi olsa və tez getmək istəsəydi, "Oh! Hamımız tez getmək istərdik!" demək əvəzinə, "Yaxşı. (Bu halda) nə deyə bilərik?" deyirdi. Etiraz etmirdik, bir-birimizi dinləyirdik. Zəhərli ab-hava olmadan işləmək, ondan ara vermək əla idi", - deyə sənətçi etiraf edib.

"(Noygebauer) (karyeramda) üçüncü qadın rejissordur. Onlar (qadınlar) işlədiyim ən sakit insanlardır, ən yaxşı qərar qəbul edənlərdir. Mən qadın rejissorlarla işləməkdən çox zövq alıram", - Lourens fikrini tamamlayıb.

İrfan Vəliyev


Etiketlər:  Qadın rejissorlarla işləməkdən zövq alıram


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ