Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ata oğlunu doğradı

Ata oğlunu doğradı

Tarix: 21 Dekabr 2022 20:04

Moskvada 49 yaşlı yerli sakin narkotiklə evə gələn 31 yaşlı oğlunu balta ilə doğrayıb.

Milli.Az bildirir ki, bu barədə REN TV məlumat yayıb.

Telekanalın məlumatına görə, hadisə dekabrın 17-də axşam saatlarında Lyublinoda baş verib. Oğlunun küçədə narkotikləri götürdüyünü bilən ata əvvəlcə onu döyüb, sonra isə balta ilə hücum edib.

Zərərçəkən çölə qaçaraq köməyə çağırmağı bacarıb. Qonşular polis çağırıb. Qol, ayaq və barmaqlarında kəsik xəsarətləri olan şəxs xəstəxanaya yerləşdirilib, atası isə saxlanılıb. Onun barəsində yoxlama aparılır.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  oğlunu doğradı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR