Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2022 22:36
ABŞ ilk dəfə olaraq Ukraynaya "Patriot" zenit-raket komplekslərinin daxil olduğu 1,8 milyard dollar həcmində hərbi yardım göndərəcək.
Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin yazılı bəyanatında deyilir.
Sənəddə göstərilir ki, 1 milyard Dövlət Departamenti, 850 milyon dollar isə Pentaqon vasitəsilə ayrılacaq.
Demək olar ki, ABŞ dövlət katibi ilə eyni vaxtda Ağ Evin mətbuat xidməti ABŞ prezidenti Cozef Baydenin Blinkenin qeyd etdiyi xarici siyasət departamenti vasitəsilə Kiyevə 1 milyard dollara qədər vəsaitin ayrılması haqqında sərəncamının mətnini dərc edib.
ABŞ "Patriot" raketləri batareyasını idarə etmək üçün ukraynalı hərbçilərə keçiriləcək təlimlərdə də iştirak edəcək.