Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2022 11:25
Kriminal avtoritet Ülfət Tağıyev ("Rufo Gəncinski") "Toppuş bacı" kimi tanınan Tünzalə Əliyevaya müalicəsi üçün 10 min manat pul göndərib.
Sonxeber.net Manset.az-a istinadən bildirir ki, pulu aktrisaya aşıq Namiq Fərhadoğlu təqdim edib. Bildirib ki, pulu Ülfət Tağıyevin ("Rufo Gəncinski") yaxın adamı aşığa Tünzalə Əliyevaya çatdırılması üçün verib.
Qeyd edək ki, hazırki mərhələdə aktrisanın müalicəsi üçün 35 min 200 manat vəsait lazımdır.