Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vardanyan gərginlik yaradır, yalan deyir - Hraparak

Vardanyan gərginlik yaradır, yalan deyir - Hraparak

Tarix: 22 Dekabr 2022 12:04

Xankəndidəki separatçı rejimin "dövlət naziri" Ruben Vardanyan efirə çıxmaq, şəxsən insanlara xoş xəbər demək və digər populist hərəkətlərlə Paşinyanı təqlid edir. Bəziləri Vardanyanın bu davranışından qıcıqlanmağa başlayıb, onlar hesab edirlər ki, məhz bu səbəbdən "dövlət naziri" tez-tez tələsik, yanlış bəyanatlar verir, bəzən vəziyyəti gərginləşdirir.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Hraparak" qəzeti məlumat yayıb.

"Məsələn, Vardanyan bir neçə gün əvvəl axşama qədər yolun açılacağını demişdi. O, dekabrın 17-də Xankəndidə mitinq keçirməyə çağırış etdi, ardınca da təxirə saldı. Sonra efirə çıxıb elan etdi: "Bir problemimiz var: necə əmin olaq ki, bu mitinq 90-cı illərin əvvəllərindəki kimi olacaq? "Prezident"lə, "siyasi qüvvələr"lə və digər hörmətli şəxslərlə uzun müzakirələrdən sonra başa düşdüm ki, sabah Ağdərəyə gedib görüş keçirək, insanlarla danışaq, ondan sonra necə və nə vaxt mitinq keçirəcəyimiz bəlli olacaq".

Xankəndidəki mənbələrimiz deyirlər ki, Vardanyan mitinqlə bağlı təkbaşına qərar verib. Sonra ona yanacaq problemi olduğunu, insanların ehtiyat benzinindən mitinq üçün istifadə etməyəcəyini və mitinq keçirməyin mənasız olduğunu deyiblər. Ola bilər ki, ruslar da mitinqin əleyhinədirlər, ona görə də Vardanyan rayonları gəzmək taktikasını izah etməyə başlayıb", - məlumatda deyilir.


Etiketlər:  Vardanyan gərginlik yaradır yalan deyir Hraparak


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ