Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Oğlum yuxuma girib deyir ki, az iç'' - VİDEO

''Oğlum yuxuma girib deyir ki, az iç'' - VİDEO

Tarix: 22 Dekabr 2022 16:00

"Hər dəfə Gürcüstana gedəndə, Rəhimin məzarını ziyarət edirəm. Oğlumun məzarını elə düzəltmişəm ki, yer var. Otururam orada saatlarla, danışıram. Öz-özümə danışıram ki, sənə deyirdim, sürətli sürənin yanına oturma. Maşını oğlum özü sürsəydi belə olmazdı. Çünki özü maşınla Türkiyəyə belə gedirdi. Qonşunun uşağı idi, onun maşınında olub. O da dünyasını dəyişdi".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni İbrahim Borçalı "Həyat tərzi" verilişində deyib. İfaçı avtomobil qəzasında dünyasını dəyişən oğlu Rəhimdən danışıb:

"Ad günündə dostları da gedir qəbirüstünə. Oğlumun məzarı hamımıza ziyarət yeri olub. Deyirlər, ruh var. Yuxuma da gəlir. Deyir ki, ata, az iç, böyrəyin xəstədir. Böyrəyimdə daş var".

Qeyd edək ki, Rəhim 21 yaşında Gürcüstanda avtomobil qəzasında dünyasını dəyişib.


Etiketlər:  Oğlum yuxuma girib deyir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ