Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə dövlət işçilərinə “TikTok” qadağan edildi

Bu ölkədə dövlət işçilərinə “TikTok” qadağan edildi

Tarix: 22 Dekabr 2022 16:54

ABŞ senatı rəsmi olaraq dövlət qulluqçularına iş telefonlarında "TikTok"dan istifadəsi qadağan edilib.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, senat sözçüləri qəbul edilmiş layihənin bu həftənin sonuna qədər qüvvəyə minəcəyini bildirib. Belə ki, onlar "TikTok" sosial şəbəkəsinin Amerikanın milli təhlükəsizliyi üçün təhlükə mənbəyi olacağını iddia edib.

Layihə təsdiq olunduqdan sonra hazırkı prezident Co Bayden tərəfindən imzalanacaq.

Qeyd edək ki, Amerikada istifadəçilər arasında "TikTok"un geniş yayılması hələ keçmiş prezident Donald Trampın narahatlığına səbəb olmuşdu. O, bu sosial platformanın məhdudlaşdırılması üçün səy göstərsə də, bu cəhdi heç bir nəticə verməmişdi.


Etiketlər:  ölkədə dövlət işçilərinə TikTok qadağan edildi


RƏYLƏR