Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həbib Nurməhəmmədov “futbolun atası” ilə görüşdü - FOTO

Həbib Nurməhəmmədov “futbolun atası” ilə görüşdü - FOTO

Tarix: 22 Dekabr 2022 21:14

Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov sosial şəbəkədəki səhifəsində "Milan"ın hücumçusu Zlatan İbrahimoviçlə birgə çəkilmiş fotosunu paylaşıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, şəkil Qətərdə keçirilən dünya çempionatı zamanı çəkilib. Həbib fotoya yazdığı şərhdə Zlatanı cəmisi 2 sözlə xarakterizə edib:

"Sizi görməyə şadam. Futbolun atası".

Zlatan İbrahimoviç uzun müddətdir ki, zədəlidir. Onun, qış fasiləsindən sonra meydana qayıdacağı gözlənilir.

Həbib karyerası ərzində 29 döyüş keçirib və hamısında qalib gəlib. O, UFC-də 13 qələbə qazanıb.

Milli.Az


Etiketlər:  Həbib Nurməhəmmədov futbolun atası ilə görüşdü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ