Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaqlar arasında ''Strep A'' infeksiyası yayılır

Uşaqlar arasında ''Strep A'' infeksiyası yayılır

Tarix: 22 Dekabr 2022 21:36

Hollandiyada koronavirus epidemiyasından sonra uşaqlarda ağır streptokok (Strep A) infeksiyasına yoluxma hallarının sayı sürətlə artır.
"Strep A" bakteriyası 5 uşağın ölümünə səbəb olub.

Xəstəliyin simptomlarına boğazda ağrı, ağ ləkələrlə birlikdə badamcıqların şişməsi, boyun vəzilərinin şişməsi və yüksək hərarət daxildir.

Bakteriyalar bəzən qan zəhərlənməsi, pnevmoniya, dərialtı infeksiya və ya sümük infeksiyası kimi ciddi nəticələrə səbəb ola bilər.

Hollandiyadakı 7 uşaq xəstəxanasının birgə araşdırmasına görə, bu ilin əvvəlindən "Strep A" bakteriyasına görə xəstəxanaya yerləşdirilən uşaqların sayı kəskin artıb.

Mütəxəssislərin sözlərinə görə, xəstəlik 2018-ci ildə cəmi 2 nəfərdə aşkar edilsə də, 2019-cu ilin ikinci rübündə bu rəqəm 9-a yüksəlib. İlin ikinci rübündə 28 uşaq ağır inflyasiya diaqnozu ilə xəstəxanaya yerləşdirilib, onlardan 5-i ölüb.

Milli.Az


Etiketlər:  Uşaqlar arasında Strep infeksiyası yayılır


RƏYLƏR