Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistanla sülh danışıqlarını müzakirə etdi

Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistanla sülh danışıqlarını müzakirə etdi

Tarix: 22 Dekabr 2022 22:00

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla Ermənistanla sülh müqaviləsi üzrə danışıqları müzakirə edib.

Hikmət Hacıyev bu barədə tviterdə paylaşıb.

"Biz Azərbaycan-Ermənistan arasında ikitərəfli əlaqələri, regional təhlükəsizlik məsələlərini, normallaşma və sülh müqaviləsi üzrə danışıqları nəzərdən keçirdik. Azərbaycanın regional sülh gündəmini irəli aparmaq əzmində olduğunu bildirdim", - Prezidentin köməkçisi qeyd edib.


Etiketlər:  Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistanla sülh danışıqlarını müzakirə etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ