Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mövlud Çavuşoğlu Prezident İlham Əliyevi təbrik etdi

Mövlud Çavuşoğlu Prezident İlham Əliyevi təbrik etdi

Tarix: 24 Dekabr 2022 11:09

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğludan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Zati-alinizin doğum gününü səmimi-qəlbdən təbrik edirəm.

Can Azərbaycan qətiyyətli liderliyinizlə gündən-günə güclənmiş və inkişaf etmiş, Qarabağda əldə olunan şanlı Zəfər bu gücü bütün dünyaya nümayiş etdirmişdir.

Cənab Prezidentimizin və Zati-alinizin rəhbərliyi ilə regionumuzda və dünyanın hər tərəfində nümayiş etdirdiyimiz həmrəylik və əməkdaşlığı "Bir millət, iki dövlət" anlayışı ilə daha da yüksək səviyyələrə çatdırmaqda qərarlıyıq.

Bu hiss və düşüncələrlə doğum gününüzü bir daha təbrik edir, Zati-alinizə cansağlığı, uzun ömür və sevinc dolu illər arzulayıram".


Etiketlər:  Mövlud Çavuşoğlu Prezident İlham Əliyevi təbrik etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ