Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2022 14:20
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatı qadın işçilərin ölkə universitetlərinə girişinə qadağa qoyub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu qadağa həmçinin professor-müəllim heyətinin nümayəndələrinə də aid edilib.
"Taliban" göstəriş verib ki, ölkə universitetlərində çalışan qadın müəllimlər və inzibati işçilər bu gündən (24 dekabr) iş yerlərində görünməsinlər, işə gəlməsinlər.
Xatırladaq ki, daha əvvəl Əfqanıstanda qadınların universitetlərdə təhsil alması qadağan edilmişdi.