Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2022 23:30
Paxlalı bitkilər, tam taxılların və qoz-fındığın istehlakı ömrü 10 ildən çox uzadır.
Bu barədə Bergen Universitetindən olan alimlər bildiriblər. Onların bununla bağlı tədqiqatları "PLOS Medicine" jurnalında dərc olunub.
Müəlliflər qeyd edirlər ki, qidalanma ilə bağlı risk faktorları hər il milyonlarla insanın vaxtından əvvəl ölməsinə səbəb olur.
"Yanlış qidalanma bəzən əlilliyə də səbəb olur və illərlə ömür alır", - deyə onlar bildiriblər.
Tədqiqatçılar rasionda qırmızı ətin istehlakını azaltmağı da tövsiyə edirlər.
"Əgər 20 yaş civarında qidalanmanızı daha sağlam qidaya dəyişsəniz, bu, həyatınıza təxminən 10-13 il əlavə edəcək. Sonrakı illərdə artım o qədər də böyük olmasa da, yenə də əhəmiyyətli olacaq - 60 yaşdan sonra 8-9 il və 80 yaşdan sonra təxminən 3,4 il", - deyə alimlər izah ediblər.
Alimlər ümid edirlər ki, həm həkimlər, həm də adi insanlar yeni məlumatlara diqqət yetirəcəklər.
"Qidalanmanı tənzimləmək o qədər də çətin deyil, ancaq gələcəkdə bu dəyişikliklər bir çox sağlamlıq problemlərindən yayınmağa kömək edəcək", - deyə alimlər sözlərini yekunlaşdırıblar.