Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Atasını öldürüb, parçaladı

Atasını öldürüb, parçaladı

Tarix: 26 Dekabr 2022 18:48

ABŞ-da polis atasının insanabənzər robotla əvəzləndiyinə inanan və onu öldürüb parçalayan İndiana sakinini saxlayıb.

Sonxeber.net bildirir ki, bu barədə WXIN məlumat yayıb.

Polis dekabrın 20-də bir kişinin zəngindən sonra Şon Heysin Mitçeldəki evinə gəlib. Zənq edən şəxs bildirib ki, Heys atası Heyın "robota çevrildiyini" iddia edib. Bu səbəbdən də oğul atasını məhv etmək qərarına gəlib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Heysin evinə gedəndə onun avtomobillə getməyə hazırlaşdığını görüblər. Polis ondan atası haqda soruşub. "Bu, insana bənzəyən bir robotdur... orada uzanır. Onu məhv etmək üçün atəş açmalı oldum", - Heys evinə göstərərək deyib.

Polis əməkdaşları onu saxlayıb, evə gedib və qapının ağzında Heyın meyitini aşkar ediblər. O, döş qəfəsindən və başından güllə yarası alıb və qismən parçalanıb.

Dindirilərkən Heys atasını deyil, insanabənzər robotu öldürdüyünü iddia etməyə davam edib. Lakin müstəntiqlər həmin şəxsin cinayəti ört-basdır etməyə çalışdığına dair əlamətlər aşkar ediblər. Ona qarşı ümumilikdə doqquz ittiham irəli sürülüb. Qətldən əlavə, Heys döyülmə, məişət zorakılığı və cəsədi təhqir etməkdə ittiham edilib.

Həmçinin məlum olub ki, qətldən bir həftə əvvəl həmin şəxs sosial şəbəkələrdə narahatedici fikirlərini ifadə etdiyi yazılar paylaşmağa başlayıb. Onlardan birində Heys yazıb ki, atasını kimsə qaçırıb öldürüb, sonra isə onu ona bənzər bir robotla əvəzləyib.

İrfan Vəliyev


Etiketlər:  Atasını öldürüb parçaladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ