Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ayan bu hərəkətinə görə cərimələndi - VİDEO

Ayan bu hərəkətinə görə cərimələndi - VİDEO

Tarix: 26 Dekabr 2022 19:05

Müğənni Ayan Babakişiyeva yol hərəkəti qaydasını pozduğuna görə cərimələnib.

Milli.Az xəbər verir ki, bu barədə avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Belə ki, müğənni nəqliyyat vasitəsini idarə edən zaman təhlükəsizlik kəmərindən istifadə etməyib.

Dərc edilmiş videogörüntü ilə bağlı yol polisi araşdırma aparıb və məlum olub ki, müğənni qayda pozuntusunu 90-GK-333 qeydiyyat nişanlı "Dodge Durango" markalı avtomobillə törədib. Bu səbəbdən Ayan Babakişiyeva İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə 40 manat məbləğində cərimələnib.

Milli.Az


Etiketlər:  Ayan bu hərəkətinə görə cərimələndi VİDEO


RƏYLƏR