Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur mahnılarının müəllifi vəfat etdi - FOTO

Məşhur mahnılarının müəllifi vəfat etdi - FOTO

Tarix: 27 Dekabr 2022 09:10

Məşhur rusiyalı müğənni və bəstəkar Aleksandr Şevçenko 60 yaşında vəfat edib.

O, məşhur "Zodçiye" qrupunun keçmiş solisti olub.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə qrupun rəhbəri Yuri Davıdov sosial şəbəkədə hesabında məlumat verib.

İlkin məlumata görə, sənətçinin ölümünə qan laxtalanması səbəb olub.

1990-cı illərin sonlarında prodüserliyə başlayan Aleksandr Şevçenko bir çox tanınmış mahnıların, o cümlədən Alsunun "Qış yuxusu" ("Zimniy son"), "Hərdən" ("İnoqda"), "Onsuz da" ("Vse ravno") mahnılarının və hitlərinin əksəriyyətinin müəllifi olub.

O, həmçinin Jasmin, Danko, Tatyana Ovsiyenko, Nikolay Trubaç və digər tanınmış ifaçıların da mahnılarının müəllifidir.


Etiketlər:  Məşhur mahnılarının müəllifi vəfat etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ