Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2022 18:30
Tanınmış meyxana ifaçısı Samirə Yusifqızı ailə qurmağa hazırlaşır.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, o, bu barədə "Elgizlə izlə" verilişində açıqlayıb. İfaçı aparıcının "Elə mən gözümü açandan sən ailə qurursan" deməsinə "Ailə qurmaq ayıbdır ki?" - cavabını verib:
"Birincisi, Məhəmməd peyğəmbər insanlara mesaj göndərilib ki, tək qalmaq olmaz. Təklik Allaha məxsusdur. Hər bir insan 6 aydan artıq həyat yoldaşı olmadıqda ailə qurmalıdır. İnsana dəstək lazımdır. Həm fiziki, həm mənəvi cəhətdən. İkincisi, ailə qurmaq heç vaxt ayıb deyil. Ayıb ailəsi ola-ola gedib başqa biri ilə bərabər olmaqdır, namusunu satmaqdır. Yaxud nişanlı ola-ola nişanlısını qoyub qaçmaqdır. Ailə qurmaq nə vaxtdan ayıbdır ki?"
Qeyd edək ki, Samirə Yusifqızı bir dəfə ailəli olub, boşanıb. Onun 2 övladı var.