Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2022 02:46
Amerikalı pilot eniş zamanı səhvən şosseni uçuş-enmə zolağı ilə səhv salıb, lakin son anda təyyarəni düzəldə və hündürlüyə qaldıra bilib.
Sonxeber.net bildirir ki, bu barədə "Daily Mail" məlumat verib.
Hadisə 2022-ci il yanvarın 9-da baş verib, lakin bu barədə yalnız indi məlum olub. 233 uçuş saatı olan 72 yaşlı pilot gecə saatlarında Nyukasl hava limanına "Reims Cessna F172M" yüngül təyyarəsini endirmək üzrə olub. Hadisənin təhqiqat hesabatına görə, kişi yolun işıqlandırılmasının oxşarlığına görə hava limanının uçuş-enmə zolağı ilə A1 şossesini səhv salıb.
Pilot səhvini anlayanda 300 fut (90 metr) hündürlüyə enib. Alçaq hündürlükdə uçduğunu anlayan amerikalı təyyarəni düzəldib yenidən havaya qalxa bilib. Nyukaslın hava hərəkətinə nəzarət onun aerodromuna qayıtmasına və təhlükəsiz enişinə kömək edib.
İrfan Vəliyev