Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2022 07:28
Rusiyanın Moskva vilayətinin Podolsk şəhərində pensioner ər-arvad hərbi komissarlığın binasını yandırmağa cəhd edib.
Sonxeber.net "report"a istinadən bildirir ki, 70 yaşlı kişi kanistrdəki benzinlə əsgini isladıb və onu alışdıraraq hərbi komissarlığın pəncərəsinə qoyub.
Məlumata görə, bu əsnada onun 76 yaşlı arvadı baş verənləri videolentə alıb.
Cütlük yoldan keçən polislər tərəfindən saxlanılıb. Yanğın tez bir zamanda söndürülüb, hadisə nəticəsində xəsarət alan olmayıb.
Pensiyaçıların hərbi komissarlığı yandırmaq qərarına gəlməsinin səbəbləri hələlik açıqlanmayıb.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan bəri Rusiyanın müxtəlif bölgələrində onlarla hərbi komissarlıq yandırılıb. Ölkədə səfərbərlik elan edildikdən sonra belə hadisələrin sayı xeyli artıb.