Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əlişir Usmanovun 54 milyonluq əmlakına həbs qoyuldu

Əlişir Usmanovun 54 milyonluq əmlakına həbs qoyuldu

Tarix: 28 Dekabr 2022 08:20

Sonxeber.net axar.az-a istinadən bildirir ki, Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı iş adamı Əlişir Usmanova məxsus olduğu iddia edilən 2 milyard qrivna (təxminən 54,35 milyon dollar) dəyərində dəmir filizi yükünə həbs qoyub.

"Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində 160 min tondan çox Ukrayna dəmir filizi ehtiyatının saxlandığı Rusiyanın gizli anbarlarının yeri müəyyən edilib. Aşkar edilmiş dəmir filizi partiyasının rusiyalı oliqarx Əlişir Usmanovun şirkətinə məxsus olduğu müəyyən edilib", - Ukrayna TX-nin məlumatında qeyd olunub.

Bildirilib ki, xammal Ukraynanın bir neçə dəniz limanının ərazisində tapılıb.


Etiketlər:  Əlişir Usmanovun milyonluq əmlakına həbs qoyuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ