Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2022 15:30
"Damlanı, Şəbnəm Tovuzlunu, Zeynəb Həsənini, Nəfəsi, Türkan Vəlizadəni çox istəyirəm. Onların bir qüsurları var ki, dəyişmirlər. Qızlarım, "mama" sizə qurban! Bir az dəyişin. Sizin qabiliyyətiniz var. Niyə görə deməlidirlər ki, oxuduğunuz yalnız budur".
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova qonaq olduğu "Səhərin səsi" verilişində deyib.
Müğənni bəzi orta yaşlı sənətçilərin gənc həmkarlarını efir vasitəsi ilə tənqid etmələrinə qarşı çıxıb.
"Əsl sənətkar təmbehini kənardan etsin. Çıxıb efirdən təhqir edirlər. Əməlli başlı təhqirə keçirlər. Olmaz deyəsən ki, bu geyimi geyinmə və ya bu mahnını biraz başqa cür oxu. Özüm əlacım olsa, efirdən kənar saçlarından tutub silkələyərəm. Amma bunu efir vasitəsi ilə etmirəm. Olmaz bunları efir vasitəsi ilə demək. Onlar mənə "mama" deyirlər. Çıxıb onlar haqqında necə nəsə deyə bilərəm ki? Sakitcə başlarını aşağı salıb işləri ilə məşğul olurlar", - deyə Könül qeyd edib.