Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrinli abseslərin təbii vasitələrlə müalicəsi

İrinli abseslərin təbii vasitələrlə müalicəsi

Tarix: 29 Dekabr 2022 03:03

İrinli abseslər orqanizmdə müxtəlif səbəblərdən əmələ gələ bilir. Abseslərin əmələ gəlməsinin səbəbləri müxtəlif olsa da, verdiyi əlamətlər və müalicəsi eynidir.
Abseslərin əmələ gəlməsinə müxtəlif mikroblar və kokklar səbəb olur. Onlar yerləşdiyi nahiyyədə hiperemiyaya, qızartıya və ağrıya səbəb olur.
Absesə diaqnozun qoyulmasında onun kliniki əlamətlərinə baxmaq kifayət edir. Onun müalicəsi isə həkimlər tərəfindən aparılır.
Absesin müalicəsində bir çox xalq təbabəti üsullarından da istifadə edilir ki, bunların bir-neçəsi aşağıdakılardır:
1. Dəvədabanı bitkisinin yağı müxtəlif abseslərin, infeksiyalı yaraların sağalmasında çox faydalıdır.
2. Günəbaxan yağı qaynadılır, ilıq halda tənzifə batırılır və absesin üzərinə qoyulur.
3. Bal dəri abseslərinin sorulmasında və çayla içildiyi zaman ağciyər abseslərinin sorulmasında faydalıdır.
4. Dəridə irinli, yetişməkdə olan abses olduqda təzə soğan quru tavada yüngül bişirilir və absesin üstünə qoyulur. Bu yaranın yetişməsini sürətləndirir və irinin axıb tökülməsinə səbəb olur.
5. Arı şanından hazırlanmış əzmənin də abseslərin yetişməsində rolu böyükdür.
6. Xiyar əzməsi abseslərdən başqa, revmatik iltihabi nahiyyələrin də ağrı və qızatılarını aradan qaldırır.

Milli.Az


Etiketlər:  İrinli abseslərin təbii vasitələrlə müalicəsi


RƏYLƏR