Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2019 13:16
"Qarabağ"ın futbolçusu Xayme Romero zədəsini sağaldıb.
Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, 29 yaşlı yarımmüdafiəçi tam olmasa da, komanda ilə birlikdə dünənki məşqlərdə iştirak edib. İspaniyalı oyunçunun Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda APOEL-lə ev matçında oynayacağı gözlənilir.
Xatırladaq ki, Premyer Liqanın V turunun "Zirə" ilə oyununda (3:1) Romeronun çiyni çıxmışdı.
Qeyd edək ki, oktyabrın 24-ü Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - APOEL görüşü saat 20:55-də başlayacaq.