Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyada bir gündə 415 nəfər koronavirusdan ölüb

Yaponiyada bir gündə 415 nəfər koronavirusdan ölüb

Tarix: 29 Dekabr 2022 08:33

Yaponiyada son sutkada 415 nəfər koronavirus (COVID-19) infeksiyasından vəfat edib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, məlumatı Yaponiyanın Səhiyyə Nazirliyi yayıb.

Qeyd olunub ki, bu statistika sutkalıq göstəriciyə görə yüksəkdir.

Məlumatda bildirilib ki, çərşənbə günü 216 219 yeni yoluxma halı təsdiqlənib ki, bu, ötən həftə ilə müqayisədə 4% çoxdur.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Yaponiya həftə ərzində COVID-19 virusuna yoluxmaya görə birinci, ən çox ölüm hallarına görə isə ABŞ-dan sonra ikinci yerdə olub.


Etiketlər:  Yaponiyada gündə nəfər koronavirusdan ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ