Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2022 08:42
Rusiyanın "Kompas" Ekoloji Təşəbbüslərə Dəstək və İnkişaf Fondu Dağıstan Dövlət Universitetinin Ekologiya və Davamlı İnkişaf İnstitutu ilə birlikdə Xəzər suitilərinin mühafizəsi üzrə kompleks proqram yaratmağı planlaşdırır.
Sonxeber.net "Report"a istinadən bildirir ki, heyvanların xilası üçün tədbirlərdən biri reabilitasiya mərkəzinin açılması olacaq.
"Kompas" Fondu Dağıstan Dövlət Universitetinin Ekologiya və Davamlı İnkişaf İnstitutu ilə birlikdə Xəzər suitilərinin tədqiqi və mühafizəsi üzrə kompleks proqramın hazırlanmasına başlayıb. Ekoloqlar və alimlər "Qırmızı kitab"ın Xəzərin ekosistemində mühüm rol oynayan bu canlılarının populyasiyasının azalmasının qarşısını almaq niyyətindədirlər. Layihə çərçivəsində xəstə və yaralı suitilərin balıq ovu torları ilə çatdırılacağı reabilitasiya mərkəzinin yaradılması planlaşdırılır", - məlumatda deyilir.
Qeyd olunur ki, suitilərin xilas edilməsi proqramına yerli balıqçıların və könüllülərin - tələbələrin cəlb olunması planlaşdırılır. Tədqiqat işlərinə 2023-cü ilin yanvarında başlanacaq.