Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qış aylarında su içməliyikmi?

Qış aylarında su içməliyikmi?

Tarix: 29 Dekabr 2022 21:15

Payız-qış aylarında dəri quruluğunun qarşısını almaq üçün su balansını saxlamaq, şəkərli içkilərdən az istifadə etmək lazımdır.

Bu barədə tibb elmləri namizədi Yekaterina Kaşux "Russian.rt" kanalına müsahibəsində danışıb.

Mütəxəssisin sözlərinə görə, soyuq mövsümdə bədəndə maye balanslı olmalıdır. Bu balans normal maddələr mübadiləsinin yaxşılaşmasına kömək edəcək.

"İnsanlar payız-qış aylarında daha qalın geyindikləri üçün çox tərləyirlər, lakin bəzən onlar bunu hiss etmirlər. Bundan başqa, mərkəzi istilik və qızdırıcı vasitələr havanı qurudur. Bu zaman isə dəri vasitəsilə nəmin buxarlanması artır.

Soyuq mövsümdə orqanizmə lazım olan mayenin miqdarı üçün vahid norma yoxdur. Bu, cinsdən, yaşdan, çəkidən və digər amillərdən asılıdır. Orta hesabla böyüklər gündə iki-üç litr, uşaqlar isə litr yarıma qədər su içməlidir. Şirin və qazlı sulardan istifadə etmək məsləhət görülmür.

Alkoqol da soyuqda bədənin susuz qalmasına səbəb ola bilər. Qəhvəni isə gün ərzində 3 fincandan artıq içmək olmaz", - deyə həkim əlavə edib. /publika.az/


Etiketlər:  Qış aylarında içməliyikmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ