Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İrandan gələn təhlükəyə birgə cavab vermək üçün...''

''İrandan gələn təhlükəyə birgə cavab vermək üçün...''

Tarix: 30 Dekabr 2022 07:52

ABŞ administrasiyası İrandan gələn təhdidləri aradan qaldırmaq üçün İsrailin yeni hökuməti ilə işləməyə hazırdır.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Prezidenti Co Baydenin bəyanatında deyilir.

"Mən Netanyahu ilə İsrailin və Yaxın Şərqin üzləşdiyi bir çox çağırışlara, o cümlədən İrandan gələn təhlükəyə birgə cavab vermək üçün işləməyi səbirsizliklə gözləyirəm", - Bayden qeyd edib.

Onun sözlərinə görə, Vaşinqton Yaxın Şərqdə inteqrasiya, rifah və təhlükəsizliyi təmin etməyə çalışır.

Qeyd edək ki, Knesset (İsrail parlamenti) dekabrın 29-da "Likud" partiyasının lideri Benyamin Netanyahunun seçkilərdən sonra qurduğu hökumətə etimad göstərib. Siyasətçi artıq yeni Baş nazir kimi and içib.


Etiketlər:  İrandan gələn təhlükəyə birgə cavab vermək üçün


RƏYLƏR