Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev: Dini abidələrimizin inşası və təmiri ilə bağlı əsas rolu Heydər Əliyev Fondu oynayır

Prezident İlham Əliyev: Dini abidələrimizin inşası və təmiri ilə bağlı əsas rolu Heydər Əliyev Fondu oynayır

Tarix: 1 Yanvar 2023 00:00

Dini abidələrimizin inşası və təmiri ilə bağlı əsas rolu Heydər Əliyev Fondu oynayır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xaqla müraciətində deyib.

Dövlət başçısı bildirib:

"Azad edilmiş ərazilərdə bizim tarixi binalarımız, o cümlədən məscidlərimiz əsaslı şəkildə bərpa edilir və yenidən inşa olunur. Mən bu rəqəmi səsləndirmişdim, ermənilər işğal dövründə 67 məsciddən 65-ni tamamilə yerlə-yeksan etmişlər. Onların bərpası, yenidən qurulması faktiki olaraq artıq başlamışdır və təmirə ehtiyacı olan məscidlər də təmir edilir. Onu da bildirməliyəm, bizim dini abidələrimizin inşası və təmiri ilə bağlı əsas rolu Heydər Əliyev Fondu oynayır. Faktiki olaraq bütün məscidlər Heydər Əliyev Fondunun xətti ilə yenidən inşa edilir".

Milli.Az


Etiketlər:  Prezident İlham Əliyev Dini abidələrimizin inşası təmiri ilə bağlı əsas rolu Heydər Əliyev Fondu oynayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ