Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Diabetik nefropatiyanın patogenezi

Diabetik nefropatiyanın patogenezi

Tarix: 1 Yanvar 2023 07:12

Şəkərli diabet zamanı böyrəklərin zədələnməsinin mexanizmi indiyə qədər tam öyrənilməmişdir.Belə ki,patogenez haqda olan hipotezlər müasir dövrdə diabetin başvermə mexanizmləri haqda olan təsəvvürlərə və generalizə olunmuş mikroangiopatiyaya əsaslanır.
Ən çox yayılmış metobolik konsepsiyaya görə insulinin çatışmazlığından ilkin olaraq lipid,qlikoprotein,zülal və karbohidrat mübadiləsinin pozulması böyrəklərin damar divarlarının dəyişikliklərinə təkan verir.Bu zaman damarların bazal membranının zədələnməsi baş verir.
Hiperqlıkemiyanın orqan və toxumalara zədələyici təsir mexanizmi əsas aşağıdakı proseslər ilə əlaqələndirilir.Zülal və lipiodlərin qeyri-fermentativ qlükozilləşməsi onların strukturu və funksiyasini dəyişir,qlükozanın poliol yol ilə mübadiləsi hədəf orqanların hüceyrələrində sorbitolun yığılmasına və onların ödeminə səbəb olur.Proteinkinaza fermentinin aktivləşməsi nəticəsində baş verən qlükozotoksiklik hüceyrələrin poliferasiyası və angiogenezinı səbəb olur.
Hemodinamik konsepsiya da metobolik hipotez ilə sıx əlaqədar olub diabetik qlomerulosklerozu, böyrəkdaxili hemodinamikanın pozulması,yəni yumaqcıqdaxili hipertenziya,hiperfiltirasıyanın baş verməsi ilə əlaqədardır.
İrsi nəzəriyyəyə görə diabetik nefropatiyanın baş verməsinin səbəbi müxtəlif genetik faktorlarla əlaqələndirilir.Xəstəliyin baş verməsinə aşağıdakı faktorlıarın olduğu müəyyənləşmişdir:
- arterial təayiqə irsi meyillik
- kationların transmembran daşınmasının genetik çatışmazlığı
- angiotenzin çevirən fermentin sitezini tənzim edən genlərin polimorfizmi
Diabetik nefropatiya zamanı böyrəklərdə baş verən morfoloji dəyişikliklər yaxşı öyrənimişdir.Əsas dəyişikliklər yumaqcıqlarda,böyrək arteriyaları və arteriolalarda baş verir.Bazal membranın qalınlaşmasından başqa böyrəklərdə 4 cür dəyişiklik baş verir:
1 düyünlü qlomeruloskleroz
2 diffuz formalı qlomeruloskleroz
3 "kapsul damcısı"
4 fibrinoid papaqcıqları
Böyrəklərin arteriya və arteriollarında güclü zədələnmələr,arterioloskleroz və hialinoz diabetik nefropatiya üçün xarakterik sayılan morfoloji fəyişikliklərə aid edilir.


Etiketlər:  Diabetik nefropatiyanın patogenezi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ