Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2023 14:39
Hindistan və Cənubi Kipr arasında müdafiə və hərbi əməkdaşlıq üzrə müqavilə imzalanıb.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, anlaşma Hindistan xarici işlər naziri Subramanyam Cayşanxarın Yunan Kiprinə səfəri zamanı əldə olunub.
Sənədin imzalanmasından sonra Cayşanxar və həmkarı Yannis Kasulidis birgə mətbuat konfransı keçirib.
Nazirlər həmçinin Cənubi Kiprin Beynəlxalq Günəş Alyansında (ISA) iştirakı ilə bağlı anlaşma imzalayıblar.
ISA qalıq yanacaqlardan asılılığı azaltmaq üçün Günəş enerjisinin səmərəli istehsalı və istehlakı sahəsində əməkdaşlığı təşviq etmək məqsədi daşıyır.
Digər tərəfdən, Cayşanxar Yunan Kiprinin daxili işlər naziri Nikos Nuris ilə nizamsız miqrasiya məsələsi ilə bağlı razılaşma üçün danışıqlara başlamaqdan ötrü niyyət protokolu imzalayıb.
Son iki ildə Hindistanın Azərbaycan və Türkiyə əleyhinə fəallığı diqqət çəkir. Hər fürsətdə BMT və digər beynəlxalq qurumlarda Azərbaycan əleyhinə açıqlamalar verən Hindistan Ermənistanla da hərbi anlaşma əldə edib. Bu anlaşma çərçivəsində Dehli qarşıdakı aylarda İrəvana satdığı silahları göndərməyi planlaşdırır.