Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2023 15:27
Özbəkistanda 20-yə yaxın uşağın "Dok-1 Maks" öskürək siropu qəbul etməsi səbəbindən ölməsindən sonra Hindistan "Marion Biotech" dərman şirkəti ilə bağlı araşdırmaya başlayıb.
"Medicina" xəbər verir ki, Hindistan rəsmi qurumları Özbəkistandan rəsmi məlumat göndərməyi xahiş edib.
Ötən həftə Özbəkistanda 18 uşaq Hindistan istehsalı olan şərbətdən zəhərlənərək dünyasını dəyişib.
Bununla əlaqədar ölkənin Dövlət Təhlükəsizliyi Xidməti idxalçı şirkət "Quramax Medical" MMC və "Dərmanların Standartlaşdırılması Elmi Mərkəzi" MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi açıb.
Özbəkistan Səhiyyə Nazirliyi Hindistanın "Marion Biotech" şirkəti tərəfindən istehsal olunan "Dok-1 Maks" preparatında zəhərli etilenqlikol maddəsi aşkarlandığını bildirib. H
Yeri gəlmişkən, bu, son vaxtlar Hindistan istehsalı olan öskürək dərmanları ilə bağlı uşaqların ölümünə səbəb olan ilk hadisə deyil.
Bir müddət əvvəl Ümumdünya Səhiyyə Təşkilatı Qambiyada 70-ə yaxın uşağın ölümünə səbəb olan dörd öskürək və soyuqdəymə şərbəti ("prometazin" oral məhlulu, uşaqlar üçün "Kofexmalin" və "Makoff" öskürək şərbətləri, həmçinin soyuqdəyməyə qarşı "Magrip N" siropu) ilə bağlı xəbərdarlıq edib.