Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2023 20:54
Böyük Britaniya yanvarın 1-dən etibarən Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalını dayandırıb.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Bu gün Böyük Britaniya Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalını dayandırıb"- deyə, məlumatda vurğulanıb.
Qeyd edək ki, 2022-ci ildə Böyük Britaniya Rusiyadan 3,12 milyard kubmetr mayeləşdirilmiş təbii qaz idxal edib. Krallıqda istehlak edilən qazın orta illik həcmi təxminən 75 milyard kubmetrdir.