Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2023 07:12
Türkiyədə məsciddən çıxarkən keçmiş müdirini öldürən 17 yaşlı gənc gətirildiyi məhkəmə tərəfindən həbs edilib.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki,Türkiyənin Bursa şəhərində baş verən hadisədə gəncin qətl törətməsinə səbəb kimi keçmiş müdirindən pulunu ala bilməməsi olduğu öyrənilib.
İddiaya görə, şübhəli şəxs 17 yaşlı A.İ. məscidə gələn Cafer Aydını çıxışda gözləməyə başlayıb. Gənc oğlan 65 yaşlı kişini məsciddən çıxarkən tapança ilə 6 dəfə atəş açaraq yaralayıb. Güllələr Cafer Aydının ayağına və sinəsinə dəyib. Ağır yaralanan Aydın təcili yardım maşını ilə aparıldığı xəstəxanada dünyasını dəyişib.
Hadisə yerindən qaçan şübhəli A.İ. tapançası ilə məsciddən 800 metr aralıda yaxalanıb.