Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cibindəki bıçaq təsadüfən ürəyinə girdi, öldü

Cibindəki bıçaq təsadüfən ürəyinə girdi, öldü

Tarix: 2 Yanvar 2023 17:36

Rusiyada, Kazanda bir nəfər bağlı qapının üstündən dırmaşmaq istəyərkən qəza nəticəsində dünyasını dəyişib.

Milli.Az "Tatarıstan 24"-ə istinadən bildirir ki, hadisə Kul Qali küçəsi yaxınlığında baş verib.

Mənbənin sözlərinə görə, mərhumun cibində bıçaq olub. İlkin məlumata görə, o, darvazanın üstündən keçən zaman bıçaq ürəyinə girib.

Kişi yaxınlıqdakı kompleksin mühafizəçisi tərəfindən aşkarlanıb. Mühafizəçi, qışqırıq eşidib, hadisə yerinə gəlib və qurbanı orada gördüyünü izah edib. Hadisə yerinə gələn xilasedicilər kişini reanimasiya etməyə çalışıblar. Həkimlərin səyinə baxmayaraq, o, dünyasını dəyişib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Cibindəki bıçaq təsadüfən ürəyinə girdi öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ