Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2023 23:38
Müğənni Valeri Meladzeni bütün titullarından məhrum edilməlidir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiyanın "Ədalətli Rusiya - Həqiqət naminə" partiyasının lideri Sergey Mironov deyib.
"Əsl rus sənətçisi özünü belə apara bilməz. O, hər iki stulda oturub, hər tərəfdən götürməyə çalışır. Artıq qərar vermək vaxtıdır. Baxmayaraq ki, davranışına görə bu "sənətkar" öz tərəfini seçdi. Meladzeni bütün titullarından məhrum etməyi təklif edirəm. Bu, ədalətli olacaq", - Mironov bildirib.
Deputat qeyd edib ki, xaricdə keçirilən konsertdə müğənni Valeri Meladze Ukraynanın millətçi şüarını dəstəkləyib.
"Sonra isə əlavə etdi ki, "siyasətdən kənar"dır. Amma ölkədən kənarda qonaqlıqlar keçirmək, hətta kriminal şüarları dəstəkləmək - bu, "siyasətdən kənar" olmaqdır?" - deyə deputat soruşub.
Qeyd edək ki, V.Meladze Dubaydakı konsertində "Slava Ukraini" (Ukraynaya eşq olsun) şüarını səsləndirib.