Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Petkim'' istehsal rekorduna imza atıb

''Petkim'' istehsal rekorduna imza atıb

Tarix: 10 Oktyabr 2019 18:30

İzmir. Elçin Mehdiyev - Trend:

Türkiyənin neft-kimya sektoru çox böyük imkanlara malikdir və hər il 6-7% böyüyür.

Trend-in məlumatına görə, bunu bu gün İzmirdə azərbaycanlı jurnalistlər üçün keçirilən mətbuat konfransında “Petkim”in Baş direktoru Anar Məmmədov bildirib.

Onun sözlərinə görə, ölkənin neft-kimya məhsulları istehsal edən yeganə inteqrasiya olunmuş müəssisəsi "Petkim"dir:

""Petkim" bu gün Türkiyənin neft-kimya məhsullarına olan ehtiyacının yalnız 20%-ni təmin edə bilir. Genişlənmə potensialı çox yüksək olan bu sektorda tələbatın ödənilməsi məqsədilə böyük sərmayələr qoyulur. 2008-ci ildən bəri SOCAR hər il “Petkim”ə təxminən 100 milyon dollar həcmində sərmayə yatırıb və onun əlavə investisiyalarının ümumi həcmi 1 milyard dollara çatıb”.

O bildirib ki, “Petkim”in 15 əsas və 6 köməkçi obyektində istehsal olunan 60 növ müxtəlif məhsul kiçik və orta müəssisələr də daxil olmaqla 6 000 istehsalçı tərəfindən istifadə olunur: “Məhsullarına yüksək tələbat olan bu şirkət 2018-ci ili 872 milyon lirə həcmində mənfəətlə başa vurub. 2019-cu ilin ilk 6 ayında isə fəaliyyət göstərdiyi bütün dövrlərin ən böyük məhsuldarlığını nümayiş etdirib və istehsal rekorduna imza atmışdır. Belə ki, cari ilin ilk yarısında 5,9 milyard TL həcmində gəlir, 439 milyon TL həcmində xalis mənfəət əldə edilib. Ötən 6 ayda “Petkim”in faiz, amortizasiya və vergidən əvvəlki mənfəəti (EBITDA) 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 26% artaraq 890 milyon TL-yə çatıb”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Petkim istehsal rekorduna imza atıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ